DÜNYA


İraqda terror aktları nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-nə keçən gecə İraqda törədilən terror aktları nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, terrorçu kamikadzenin Bağdada təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə hücumu 24 nəfərin ölümü və 20 nəfərin yaralanması ilə nəticələnib.

Digər partlayış İraqın cənubundakı Bəsrə şəhərində törədilib. Avtomobildə quraşdırılmış partlayıcı qurğunun işə salınması 11 nəfərin həyatına son qoyub, 30 nəfər yaralanıb.

Hər iki terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.