DÜNYA
İraqda terror hücumu nəticəsində azı 8 nəfər ölüb
Bakı, 16 noyabr, AZƏRTAC
Bu gün səhər Bağdaddan cənubda terrorçu-kamikadzelərin hücumu nəticəsində azı 8 nəfər həlak olub, 6 nəfər yaralanıb.
AZƏRTAC Frans Press agentliyinə istinadla xəbər verir ki, insident Ayn at-Tamp yaşayış məntəqəsində baş verib. Yerli məmurların məlumatına görə, hücumda 6 terrorçu-kamikadze iştirak edib. Təhlükəsizlik qüvvələri ilə atışmada onların bir neçəsi partlayış törətməyə macal tapmadan zərərsizləşdirilib. Bundan sonra sağ qalan terrorçular Bağdadın cənubundakı Əl-Cihad məhəlləsinə çəkilib və üzərlərindəki partlayıcı qurğunu işə salıblar.
İraq Daxili İşlər Nazirliyinin bəyanatında isə deyilir ki, beş terrorçu öldürülüb, altıncısı isə evlərdən birində özünü partladıb. İraqın cənubunda bu cür hücumların çox az-az baş verdiyi bildirilir.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]