DÜNYA


İraqda üç günlük matəm elan olunub

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

İraqın paytaxtı Bağdadda, əsasən şiələrin yaşadığı bölgədə baş verən partlayışlarla əlaqədar ölkədə üç günlük matəm elan edilib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, İraqın Baş naziri Heydər əl-Abadi hadisənin baş verdiyi, şiələrin yaşadığı rayona gələrək sakinlərlə görüşüb, onlara başsağlığı verib.

Qeyd edək ki, İŞİD terror qruplaşması tərəfindən törədilən iki partlayış nəticəsində ən son məlumata görə 126 nəfər həlak olub, 185 nəfər yaralanıb.

Ümumilikdə bu ilin ötən dövründə - fevralın 28-dən iyunun 9-dək olan müddətdə İŞİD tərəfindən İraqda törədilən 7 terror aktı nəticəsində 340-dan çox insan həlak olub. Lakin iyulun 3-də törədilən terror aktı ölən və yaralananların sayına görə əvvəlki partlayışlardan daha ağır tələfatla nəticələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.