İQTİSADİYYAT


“Iraqi Airways” Azərbaycandan İraqa dini bayramlarda səfər edən sərnişinlərə endirimlər edəcək

A+ A

Bakı, 24 sentyabr, Elvin Camalov, AZƏRTAC

“Iraqi Airways” Azərbaycandan İraqa dini bayram günlərində səfər edən sərnişinlərə xüsusi endirimlər edəcək.

Bu barədə “Iraqi Airways”in Bakı nümayəndəliyinin rəhbəri İsam Əl-Muxtar AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

O bildirib ki, hazırda Azərbaycandan İraqa turistlər daha çox dini ziyarət yerlərində olmaq üçün gedirlər. Bununla əlaqədar dini bayramlarda, aşura günlərində biletlərə xüsusi endirimlər edəcəyik.

İsam Əl-Muxtar, həmçinin bildirib ki, “Iraqi Airways”in gələcək planlarında Bakıya olan reyslərin sayını artırmaq, Azərbaycanın bölgələrinə də aviareyslər açmaq niyyəti var.

“Azərbaycandan İraqa bayram günləri sərnişinlərin gəlişi çox olsa da, İraqdan Azərbaycana sərnişinlərin axını yay mövsümündə də xüsusi artımla müşahidə olundu. Azərbaycana gələn İraq sərnişinlərinin Azərbaycan haqda təəssüratı çox müsbətdir. Bu da onu göstərir ki, bizim xidmət göstərməli olduğumuz sərnişinlərin sayı daim artır və biz işimizdə daha məsuliyyətli olmalıyıq”, - deyə İsam Əl-Muxtar vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.