DÜNYA


“Iraqi Airways” aviaşirkətinə məxsus təyyarə Küveytdə təcili eniş edib

A+ A

Bakı, 1 avqust, Elvin Camalov, AZƏRTAC

“Iraqi Airways” aviaşirkətinə məxsus təyyarə Küveytdə təcili eniş edib.

AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, təyyarə Bağdad-Dehli marşrutu ilə hərəkət edib. Təcili eniş edilməsinə səbəb sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb.

Məlumatda təyyarənin göyərtəsində 230 sərnişinin olduğu bildirilir və insident nəticəsində zərərçəkən olmayıb.

Sərnişinlərin “Iraqi Airways” şirkətinə məxsus başqa təyyarə ilə Hindistana çatdırılacağı barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.