DÜNYA
İraqın Baş naziri Mosulun İŞİD terror təşkilatından azad olunduğunu rəsmən elan edib
Bakı, 11 iyul, AZƏRTAC
İraqın Baş naziri Heydər əl-İbadi Mosulun İŞİD terror təşkilatından azad olunduğunu rəsmən elan edib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, əldə olunan zəfər münasibətilə dövlət televiziyasından açıqlama verən əl-İbadi deyib: “Mosulun qəlbindən terror təşkilatı İŞİD-in çökdüyünü və zəfər qazanıldığını elan edirəm”.
İraqın silahlı qüvvələrini və yerli əhalini təbrik edən əl-İbadi İŞİD-ə qarşı mübarizədə dəstək verən ölkələrə də təşəkkürünü bildirib.
Baş nazir açıqlamasının sonunda İraq bayrağını qaldıraraq “Yaşasın İraq” şüarını səsləndirib.
Xatırladaq ki, İraqın ikinci böyük şəhəri olan Mosul 2014-cü ilin iyununda İŞİD-in əlinə keçmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]