DÜNYA


İraqın şimalında azı 18 nəfər minaya düşüb

A+ A

Bakı, 5 noyabr, AZƏRTAC

İraqın şimalında İŞİD qruplaşmasının nəzarətindəki Havicə şəhərini tərk edərək Əl-Əlyəm şəhərinə keçməyə cəhd göstərən insanları aparan yük maşını minaya düşüb. Nəticədə azı 18 nəfər həyatını itirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Mosuldan 120 kilometr cənubda yerləşən Havicə şəhərində baş verən insident nəticəsində həlak olanların 17-si dinc sakin, biri isə polis əməkdaşıdır.

Kərkük əyalətinin Havicə şəhəri 2014-cü ilin iyun ayından İŞİD qruplaşmasının nəzarətindədir.

Xatırladaq ki, Mosul uğrunda irimiqyaslı əməliyyatlar oktyabrın 17-də səhər saatlarında başlayıb. Əməliyyatlarda hökumət qüvvələri ilə yanaşı, kürd birləşmələri, həmçinin beynəlxalq antiterror koalisiyası da iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.