SİYASƏT


İraqlı jurnalist Füzuli və Cəbrayıl rayonlarının işğalından yazır

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Tanınmış iraqlı jurnalist Mutəz Muhy Əbdülhəmidin “əl-Muraqib əl-İraqi” qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı məqaləsi dərc edilib.

Müəllif Azərbaycanın zəngin təbii sərvətlərə, mühüm geosiyasi mövqeyə malik olmasını qeyd edərək bu səbəbdən tarixi boyu daim yadelli hücumlarına məruz qaldığını oxucuların diqqətinə çatdırır.

Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, ağır nəticələrindən ətraflı bəhs edilir.

İraqlı jurnalist yazır ki, ermənilərin Azərbaycanın rayon və kəndlərini işğal etməsi nəticəsində insanlar yurd-yuvasından zorla didərgin salınıb. Min illər boyu Azərbaycana aid olan və indi üzərində münaqişə gedən bu torpaqlar Ermənistanın nəzarəti altındadır. İndi Azərbaycan bu torpaqları mümkün olan yollarla geri qaytarmağa çalışır.

Mutəz Muhy Əbdülhəmid qeyd edir ki, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalından 23 il keçir. Bu rayonlar Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il avqustun 23-də işğal olunub. Cəbrayıl rayonunun bütün ərazisi, Füzuli rayonunun isə mərkəzi də daxil olmaqla, 51 kəndi hələ də erməni tapdağı altındadır. Bu hücumlar nəticəsində Füzuli rayonunun 1100 sakini həlak olub, 113 nəfər əsir götürülüb, 1450 şəxs əlilə çevrilib. Bu rayonların ərazisində təbii sərvətlər ermənilər tərəfindən məhv edilib.

Müəllif Azərbaycan dövlətinin torpaqlarını işğaldan azad etmək üçün hərtərəfli tədbirlər gördüyünü diqqətə çatdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.