CƏMİYYƏT


“İrəli” İctimai Birliyi: Ermənistana qarşı sərt  sanksiyalar tətbiq olunmalıdır

Bakı, 6 iyul, AZƏRTAC

“İrəli” İctimai Birliyi Ermənistan ordusunun bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutmaları nəticəsində dinc sakinlərin öldürülməsi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda bildirilir: “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və mülki obyektlərini müxtəlif ölçülü odlu silahlardan atəşə tutması nəticəsində iki nəfər - 1967-ci il təvəllüdlü Sahibə Quliyeva (Allahverdiyeva) və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva həyatını itirib, bir nəfər - Sərvinaz Quliyeva yaralanıb, mülki obyektlərə zərər yetirilib.

Biz, Azərbaycan gəncliyi olaraq, dünya miqyasında erməni vandalizminə və vəhşiliyinə qarşı daim fəal mübarizə aparmışıq. Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq insan hüquqları, Ermənistan və Azərbaycan arasında baş verən münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin düşmən tərəfindən kəskin şəkildə pozulması cəbhəyanı bölgədə insanların öldürülməsi, mülki obyektlərə zərər vurulması ilə nəticələnir”.

Qeyd olunub ki, Ermənistan tərəfinin atəşkəsi pozması nəticəsində ölən azyaşlı uşaqların sayı il ötdükcə artır. Törədilmiş bu təxribat vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.

“İrəli” İctimai Birliyi bəyan edir ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin yaranmasının əsas səbəbidir. Biz beynəlxalq qurumlardan Ermənistana qarşı daha da sərt olmalarını və sanksiyaların tətbiq olunmasını tələb edirik”, - deyə bəyanatda xüsusi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.