CƏMİYYƏT


“İrəli” İctimai Birliyi “SAY: Volunteering Festival” layihəsinə start verib

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

“İrəli” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında – “Volunteering Festival” layihəsinə start verib.

Birlikdən AZƏRTAC-a bildiriblər ki, SAY hərəkatının dördüncü mərhələsi çərçivəsində təşkil olunacaq düşərgədə gənclər könüllülük proqramı, könüllülük fəaliyyətinin təbliği və bu fəaliyyətin gələcəkdə onlara təsiri haqqında məlumatlandırılacaqlar. Maarifləndirici xarakterli bu layihədə ekspertlərlə görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Azərbaycanın Avropanın ən böyük tədbirlərinə ev sahibliyi zamanı könüllülük hərəkatına fəal qoşulan “İrəli” İctimai Birliyinin sıralarından minlərlə gənc bu prosesdə yaxından iştirak edib. Gənclər gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da könüllü fəaliyyətinə qoşulacaqlar.

Bu baxımdan layihənin əsas məqsədi Azərbaycanda könüllülük ideyasının geniş səviyyədə aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması ilə sağlam gəncliyin inkişafına təkan vermək, ölkəmizin mədəniyyətinin və Azərbaycan həqiqətlərinin dünyada tanınmasında onların fəal iştirakını təmin etməklə ümumilikdə gənclərin şəxsi inkişafına nail olmaqdır. Gənclərdə özünəinam hissini gücləndirmək, onların dostlarının sayını artırmaq, yeni ünsiyyət üçün tanışlıqlar, maraqlı vaxt keçirmək də layihənin hədəflərinə daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.