CƏMİYYƏT
“İrəli” İctimai Birliyinin sədri Belçikada beynəlxalq tədbirdə iştirak edir
Bakı, 29 noyabr, AZƏRTAC
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov “Gənclərin Mübadilə və Anlaşması” (YEU) beynəlxalq şəbəkəsinə üzv olan təşkilatların nümayəndələrinin Belçikanın Brügge şəhərində keçirilən toplantısında iştirak etmək üçün bu ölkədə səfərdədir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əsas məqsəd beynəlxalq gənclər sektorunda mövcud yeniliklər haqqında gəncləri maarifləndirmək, onları yeni layihələrin hazırlanması üçün dəstəkləməkdir. Həmçinin, gənclərin fəaliyyətində innovativ metodların öyrənilməsi, onların şəxsi və peşəkar bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulub.
YEU beynəlxalq şəbəkəsi 1986-cı ildə Strasburqda 120 gənc tərəfindən yaradılıb. Təşkilat hazırda dünyanın 30 ölkəsindən olan gəncləri əhatə edir. “İrəli” İctimai Birliyi də bu təşkilatın fəal üzvlərindəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]