REGİONLAR
“İrəli” İctimai Birliyinin sədri: Belə layihələr gənclərin hərtərəfli inkişafına yaxşı təsir göstərir
Oğuz, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Ölkəmizdə son illər baş verən proseslər çərçivəsində, eləcə də respublikamızın bir sıra beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi nəticəsində Azərbaycanda böyük könüllü ordusu yaranıb. Təbii ki, bu, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan gənclərinə, gənc fəallara verdiyi önəmdən irəli gəlir. Bu, bizi çox sevindirir.
Bu fikirləri sentyabrın 28-də Oğuzda başlanan “SAY: Volunteerinq Festival”ın açılış mərasimində iştirak edən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov jurnalistlərə müsahibəsində deyib.
İctimai Birliyin rəhbərinin sözlərinə görə, 2017-ci ildə Azərbaycanda keçirilməsi planlaşdırılan İslam Həmrəylik Oyunlarına hazırlıq çərçivəsində Oğuz rayonunda reallaşan bu layihədə 700-800 nəfər içərisindən seçilmiş 100 fəal gənc iştirak edir.
Layihə çərçivəsində gənclərin həm təlim-məşqlərdə, həm də müxtəlif treninqlərdə yaxından iştirak edəcəklərini diqqətə çatdıran M.Seyidov deyib: “Düşünürəm ki, Azərbaycan gəncliyinin belə tədbirlərdə iştirakı onların hərtərəfli inkişafına çox yaxşı təsir göstərəcək”.