MƏDƏNİYYƏT


İrəvan Dövlət Dram Teatrı “O da aşiq ola..” adlı layihə hazırlayıb

Bakı, 15 dekabr, AZƏRTAC

Ölkə başçısının Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı A.P.Çexovun “Ayı”, Elçinin “O da aşiq olub yaza dünyada...” və B.İoseleviçin “Yelləncəkdə iki nəfər" pyesləri əsasında multikultural kontekstdə "O da aşiq ola.." adlı layihə hazırlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində təqdim olunan tamaşanın premyerası dekabrın 19-da Rus Dram Teatrında keçiriləcək.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadədir. Layihənin bədii rəhbəri Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.