MƏDƏNİYYƏT


“İrəvanda xal qalmadı” yeni quruluşda təqdim olunub

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti yeni səhnə əsərini teatrsevərlərə təqdim edib.

AZƏRTAC xəbər verir ki, şair-dramaturq Hidayətin “İrəvanda xal qalmadı” tarixi dramı əsasında hazırlanan eyniadlı tamaşa İrəvan həqiqətlərindən bəhs edir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunan tamaşada, həmçinin ötən əsrin 80-ci illərdə Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən danışılır.

Yeni quruluşda təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadə, rejissor assistenti Tural Xəlilzadədir.

Tamaşada rolları Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyev, Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalsov, Əhliman Ərşadlı, Niyaməddin Səfərəliyev, Zülfiyyə İsmayılova, Emin Sevdiməliyev, Əmrulla Nurullayev, Rövşən Cəfərov, Ceyhun Əliyev, Şəbnəm Cəbrayılova, Elçin Hacıyev, Tural Xəlilzadə, Məryəm Qələndərova, Sevinc Hüseynova, Ayşən Mirzəyeva və Ruhiyyə Eyvazova ifa edib.

Rəngarəng musiqilər, maraqlı, zəngin səhnə dekorasiyaları və aktyorların məharətli çıxışı tamaşanı daha da baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.