DÜNYA
İri banklar yaxın vaxtlarda avronun dollara qarşı zəif devalvasiyasını proqnozlaşdırır
Bakı, 9 dekabr, AZƏRTAC
Amerikanın “Citi Bank”ı artıq yaxın vaxtlarda avronun dollara qarşı zəif devalvasiyasını proqnozlaşdırır. Ekspertlər hesab edirlər ki, növbəti üç ay ərzində 1 avro 1,05 dollar (indi göstərici 1,07 dollar səviyyəsindədir), yarım il sonra isə 0,98 dollar olacaq. Ümumiyyətlə, proqnozlara görə, devalvasiya 7,5 faiz təşkil edəcək.
AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, bankın analitiklərinin fikrincə, Britaniya funt-sterlinqi ABŞ dollarına nisbətdə mövqeyini itirəcək. Hazırda 1 funt 1,23 dollar təşkil edir. Proqnozlara görə, il ərzində bu göstərici 1,14 dollara düşəcək. Rusiya rublunun məzənnəsi isə ABŞ dollarına nisbətdə dəyişməz qalacaq – 1 dollar təxminən 64 rubla yaxındır.
Almaniyanın “Deutsche Bank”nın və “Societe Generale” bankının ekspertləri iddia edir ki, gələn il avro dollara qarşı ucuz olacaq.