SİYASƏT


İrimiqyaslı təlimlərdə Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri də iştirak edir

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən irimiqyaslı təlimlərə Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmi və katerləri cəlb olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə iştirak edən gəmilərin və şəxsi heyətin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycana mənsub hissəsində əməliyyat şəraiti və HDQ-nin idarə olunması yoxlanılıb.

İlkin mərhələdə HDQ-nin döyüşə tam hazır vəziyyətə gətirilməsi, gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, komplektləşdirmə və döyüş uzlaşması tədbirləri müvəffəqiyyətlə yerinə yetirilib.

Təlimlərin gəmi və katerlərinin cəlb olunması ilə keçirilən mərhələsinin məqsədi Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, terror-diversiya qrupu tərəfindən ələ keçirilmiş gəminin, helikopterdən endirilmiş xüsusi təyinatlılar tərəfindən azad edilməsi və tapşırıqların yerinə yetirilməsi zamanı digər qoşun növləri ilə uzlaşdırılmış birgə fəaliyyətlərin icrasından ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.