ELM VƏ TƏHSİL
İrina Şerbakova: Azərbaycanlı gənclər VI Beynəlxalq təhsil sərgisinə böyük maraq göstərirlər VİDEO
Bakı, 6 aprel (AZƏRTAC, Gözəl Ağayeva, Rəşad İsmayılov). Azərbaycanlı gənclər VI Beynəlxalq təhsil sərgisinə böyük maraq göstərirlər. Onlar həm bakalavr, həm magistr proqramları üzrə müraciət edirlər. Bakıda olduğu qədər heç bir şəhərdə dünya təhsilinə belə motivasiya görməmişəm.
Bu sözləri “Kaspi” Təhsil Mərkəzi tərəfindən Bakıda keçirilən VI Beynəlxalq təhsil sərgisinin iştirakçısı, Böyük Britaniyanın Brayton şəhərində fəaliyyət göstərən “INTO University Partnerships” təşkilatının nümayəndəsi İrina Şerbakova AZƏRTAC-a müsahibəsində demişdir.
Qonaq bildirmişdir ki, azərbaycanlı gənclərin müasir texnologiya üzrə bilikləri, dünyagörüşləri ölkədə onlar üçün yüksək səviyyədə şərait yaradıldığını bir daha təsdiqləyir.
“INTO University Partnerships” təşkilatının nümayəndəsi bu qurumun Böyük Britaniya və Amerika universitetləri şəbəkəsini əhatə etdiyini və “Kaspi” Təhsil Mərkəzinin ilk və fəal partnyorlarından biri olduğunu diqqətə çatdırmışdır.
Bakıda keçirilən Beynəlxalq təhsil sərgisində bundan əvvəlki illərdə də iştirak etdiyini söyləyən İrina Şerbakova paytaxtımızın gözəllinə heyran olduğunu, buranı çox sevdiyini, hər dəfə bu şəhərə gələndə böyük dəyişikliklərin şahidi olduğunu vurğulamışdır.