İDMAN


İrina Zaretska “Bakı-2017”də karateçilərimizin dördüncü qızıl medalını qazanıb

Bakı, 14 may, Nihad Budaqov, AZƏRTAC

“Bakı-2017”də karatenin kumite yarışlarında 68 kiloqramadək çəki dərəcəsində qadınların mübarizəsində Azərbaycan idmançısı İrina Zaretska qızıl medala yiyələnib.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz finalda türkiyəli Edə Eltemuru 3:0 hesabı ilə məğlub edib. Beləliklə də, Azərbaycan karateçilərinin “Bakı-2017”dəki qızıl medallarının sayı dördə çatıb.

Yarışa dörddəbir final mərhələsindən qoşulan İ.Zaretska rəqibi Misir təmsilçisi Nada Muhammedə 4:3 hesabı ilə qalib gəlib. Təmsilçimiz yarımfinalda iranlı Behnoş Najafiqhaqhelestani üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanıb.

Bu növdə bürünc medallara isə Misir təmsilçisi Nada Muhammed və iordaniyalı Hala Traish sahib çıxıblar.

İrina Zaretska 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında qızıl medal qazanıb. O, I Avropa Oyunlarında qazandığı yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. İ.Zaretska, həmçinin gənclər arasında sonuncu dünya çempionatının gümüş medalçısı, böyüklər arasında komanda yarışlarının Avropa çempionu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.