DÜNYA


İrlandiyada daşınmaz əmlak sahəsində vergi ödəyicilərinin sayı azalıb

A+ A

Bakı, 8 iyul, Ramiz Quliyev, AZƏRTAC 

İrlandiyada daşınmaz əmlak vergisi 2013-cü ildən tutulur. Yığımın həcmi daşınmaz əmlak obyektinin qiymətinə mütənasib qaydada müəyyənləşdirilir və ildə orta hesabla 280 avro təşkil edir.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, İrlandiyada daşınmaz əmlak vergisi haqqında qanunun təsir dairəsinə düşən ümumilikdə 1,7 milyon ev təsərrüfatı var.

Lakin son vaxtlar əmlak vergisini yayındıranların sayında artım müşahidə olunur.

2015-ci ildə 56 min 200 nəfər, yəni ümumi ödəyicilərin 3 faizi əmlak vergisini ödəməyib. Bu il isə vəziyyət xeyli pisləşib. Belə ki, 87 min nəfər özlərinin dövlətə ödəniş siyahısına bu maddəni daxil etməyib.

Ekspertlər hesab edirlər ki, İrlandiyada daşınmaz əmlak vergisi ödəyicilərinin sayının azalmasının əsas səbəbi tullantıların daşınmasına və su üçün tariflərin kəskin artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.