İQTİSADİYYAT


İş adamları Tehranda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunurlar

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycanlı iş adamları bu il oktyabrın 31-dən noyabrın 3-dək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçiriləcək beynəlxalq sərgiyə dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, dəvət edilən şəxslərin otel və nəqliyyat xərcləri təşkilatçılar tərəfindən ödəniləcək.

Sərgidə İştirak etmək istəyən iş adamları daha ətraflı məlumatı İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən ala bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.