CƏMİYYƏT


“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı iyul ayında 36 faiz artıb

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı ötən ayla müqayisədə iyul ayında 36 faiz artaraq 21 min 808-ə çatıb.

Bu barədə AZƏRTAC-a ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, “İş yerinə dair arayış” e-xidməti istifadəçiyə real vaxt rejimində öz iş yeri haqqında onun istəyinə uyğun olaraq ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün əmək haqqı göstərilməklə və ya göstərilmədən e-arayış əldə etmək imkanı verir. Portal tərəfindən avtomatik olaraq formalaşdırılan iş yerinə dair arayışı müvafiq təşkilata elektron şəkildə göndərmək, yaxud çap şəklində təqdim etmək mümkündür. Arayışda işçi və işəgötürənə aid məlumatlar, əmək müqaviləsinin bağlandığı tarix və s. əksini tapır.

Bu e-xidmətdən istifadə nəticəsində istifadəçinin həmin arayışın alınması üçün işlədiyi müəssisənin aidiyyəti şəxslərinə müraciət etməsinə, bunun üçün vaxt və zəhmət çəkməsinə artıq ehtiyac qalmır. Eyni zamanda, arayışın təqdim edildiyi qurum arayışdakı ştrix-kod vasitəsilə və portaldakı müvafiq xidmətdən istifadə edərək bu sənəddə əksini tapan məlumatların həqiqiliyini yoxlaya bilir.

“İş yerinə dair arayış” elektron xidməti 2014-cü ilin dekabr ayından əhalinin istifadəsindədir. Həmin vaxtdan avqustun 1-dək vətəndaşlar bu e-xidmətdən ümumilikdə 336 min 35 dəfə faydalanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.