ELM VƏ TƏHSİL


İsaak Brodskinin çəkdiyi portret H.Z.Tağıyevin ev-muzeyində nümayiş olunur

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi ilə birgə “İncəsənət haqqında söhbətlər” layihəsi çərçivəsində seminar keçirilib. Bu barədə AZƏRTAC-a muzeydən bildirilib.

Seminarda muzeyin elmi işçisi Fuad Ağayev görkəmli rəssam İsaak Brodskinin yaradıcılığı haqqında ətraflı məlumat verərək qeyd edib ki, onun əsərlərində Azərbaycan tarixinə baxış mövzusu xüsusi yer tutur. O, 1912-ci ildə İ.Brodski tərəfindən məşhur xeyriyyəçi, mesenat, sahibkar Hacı Zeynalabdin Tağıyevin portretinin çəkildiyini diqqətə çatdırıb. Hazırda həmin portret H.Z.Tağıyevin ev-muzeyində nümayış olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.