MƏDƏNİYYƏT


İsfar Sarabski İstanbul Caz Festivalında iştirak edəcək

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycanın Əməkdar Artisti İsfar Sarabski iyulun 20-də İstanbul Caz Festivalında çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat festivalın saytında və İsfar Sarabskinin “facebook” səhifəsində yer alıb. Festival çərçivəsində azərbaycanlı caz pianoçusu Sabancı Universitetinin nəzdində fəaliyyət göstərən Sakıp Sabancı Muzeyində təşkil olunacaq konsertdə çıxış edəcək.

İyulun 4-dən 20-dək davam edəcək festivala dünyanın bir çox tanınmış caz ifaçıları toplaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.