MƏDƏNİYYƏT


İsfar Sarabski və Rain Sultanovun konserti olacaq

A+ A

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də azərbaycanlı gənc caz ifaçılar İsfar Sarabski və Rain Sultanov “Badi-Kubə” kirxanın səhnəsində cazsevərlər ilə görüşəcəklər.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Caz Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə ifaçılar öz repertuarından populyar caz musiqi nömrələri səsləndirməklə yanaşı, dünya caz musiqisinə də müraciət edəcəklər.

Qeyd edək ki, oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları və kvartetləri qatılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.