ELM VƏ TEXNOLOGİYA


İşğal olunmuş torpaqlarımızın coğrafi cəhətdən tədqiqi elmi əhəmiyyətə malikdir

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Kəlbəcər rayonunun toponimiyası kifayət qədər zəngindir və onların arasında sirləri açılmamış neçə-neçə coğrafi ad öz tədqiqatçısının yolunu gözləyir.

Bu fikir Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun sədrliyi ilə bu qurumun elmi şurasının növbəti iclasında səsləndirilib.

İclasda paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi Rəşid Fətəliyev “Kəlbəcər rayonunun bəzi toponimlərinin mənşəyi haqqında” mövzusunda məruzəsində bildirib ki, Kəlbəcər və digər işğal olunmuş torpaqlarımızın coğrafi cəhətdən tədqiqi indi mümkün olmasa da, həmin ərazilərin toponimiyasının öyrənilməsi elmi əhəmiyyətlə yanaşı, həm də mənəvi borcdur. Qədim yurd yerlərimizin unudulmaması üçün alim və mütəxəssislərin bu məsələyə diqqəti artırması vacibdir.

Tədqiqatçı Kəlbəcər rayonunun bəzi toponimlərinin mənşəyi haqqında məlum olan versiyaları araşdırıb, yeni, bir qədər fərqli versiyalar irəli sürüb ki, burada toponimə məxsus coğrafi xüsusiyyətlər ön plana çəkilir.

Məruzə ətrafında çıxışlar dinlənilib.

Sonra elmi şuranın qərarı ilə Coğrafiya İnstitutunun növbəti dəfə çapa hazırladığı “Azərbaycanın coğrafiyaçı alimləri” kitabının daha mükəmməl, əhatəli işlənməsi üçün doqquz nəfərdən ibarət redaksiya heyəti təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.