SİYASƏT


İşğalçı Ermənistan növbəti təxribata hazırlaşır VİDEO

A+ A

Bakı, 25 avqust, AZƏRTAC 

Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin 25 illiyi adı altında Fransada yerləşən Siyasi və Xarici siyasət məsələləri üzrə Mərkəzin (Center for Political and Foreign Affairs) xətti ilə avqustun sonu, sentyabrın əvvəlində beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Bu konfransda iştirak etmək üçün rəsmi Yerevan bir sıra keçmiş dövlət rəsmilərinə, ictimai xadimlərə, parlament üzvlərinə dəvətlər göndərir. Ermənistan tərəfi konfrans iştirakçılarının Azərbaycanın işğal olunmuş ərazilərinə bu və ya digər adla səfərini də təşkil etməyi planlaşdırır. Ermənistan tərəfindən bu tədbirlə əlaqədar görülən işlər gizlin şəkildə aparılır və KİV-ə məlumat verilmir.

Ermənistanın bu tədbirə gizlin şəkildə hazırlığı əslində onun çirkin niyyətlərindən xəbər verir. Rəsmi Yerevan və lobbi dairələri müəyyən maddi maraq müqabilində bəzi şəxslərin bu tədbirdə iştirakını təmin etməyə çalışır.

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında deyib.

“Bildiririk ki, Ermənistanın təxribatçı məqsədlərlə təşkil etməyə çalışdığı bu tədbir münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri tərəfindən aparılan danışıqlar prosesinə xələl gətirir, regionda davamlı sülhün təmin olunması istiqamətində atılan səylərə fayda vermir, xüsusilə indiki həssas məqamda vəziyyətin gərginləşməsinə və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə xidmət edir.

Konfransa dəvət edilmiş şəxsləri beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edərək Ermənistanın təbliğat maşınının alətinə çevrilməməyə, təxribatçı məqsədlərə xidmət edən bu konfransda və Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərdə iştirak etməkdən çəkinməyə çağırırıq. Müsbət haldır ki, bir sıra ölkələrdən olan ictimai-siyasi xadimlər artıq bu tədbirdə iştirakdan imtina ediblər.

Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edənlərin adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”, - deyə Hikmət Hacıyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.