İQTİSADİYYAT


“İşgüzar nüfuz və onun müdafiəsi” və “Media Relations”  mövzusunda təlim keçiriləcək

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Dekabrın 17-də Bakıda “Baku School of Public Relations” şirkətinin və “Azerbaijan Public Relations Association”in (APRA) təşkilatçılığı ilə dövlət və özəl sektorda çalışan kommunikasiya və ictimaiyyətlə əlaqələr (PR) mütəxəssisləri üçün “İşgüzar nüfuz və onun müdafiəsi” və “Media Relations” mövzusunda növbəti təlim keçiriləcək.

APRA-dan AZƏRTAC-a bildiriblər ki, təlim Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Allahverən Oruclu və “Alibayov Kommunikasiya & Konsaltinq Şirkəti”nin rəhbəri, Fransanın Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun Ekspertlər Şurasının üzvü, PR üzrə mütəxəssis Vəli Əlibəyov tərəfindən aparılacaq. Təlimdə təşkilatların hüquqşünaslara, kommunikasiya, ictimaiyyətlə əlaqələrlə məsul şəxslərinə cəmiyyətdə müsbət imic formalaşdırmasına, tərəfdaşların etibarını qazanmasına və ya gəlirlərinin artmasına xidmət edən işgüzar nüfuzun yaranması, bu nüfuzun müdafiəsi istiqamətində məlumatlar veriləcək. Eyni zamanda, onlara bu istiqamətdə yerli və xarici təcrübədən irəli gələn keyslər üzərindən fikir mübadiləsi aparılacaq.

Təlimdə, həmçinin sahibkar kommersiya və ya qeyri-kommersiya, dövlət və ya bələdiyyə təşkilatı ilə ictimaiyyət arasında əlaqələrin qurulması və bu əlaqələrdə medianın rolu mövzularına toxunulacaq.

Qeyd edək ki, iştirak etmək istəyən iş adamları, hüquqşünaslar, ictimaiyyətlə əlaqələr (PR) üzrə mütəxəssislər və media nümayəndələri dekabrın 16-dək [email protected] emailinə təsdiq məktubu göndərərək qeydiyyatdan keçməlidirlər.

Təlim ödənişlidir və sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.