ELM VƏ TEXNOLOGİYA


İşıq saçan meduza proteinləri lazer texnologiyasında istifadə oluna bilər

A+ A

Bakı, 20 avqust, Maqsud Dadaşov, AZƏRTAC

Ənənəvi lazerlərdə eyni tipli fotonlar yayan və olduqca çox enerji tələb edən şüalanma prosesindən istifadə olunur. Tədqiqatçılar daha təhlükəsiz və aşağı enerji sərfiyyatına malik lazer işıqlandırma texnologiyası hazırlamaq niyyətindədirlər. Bu, işıq saçan meduzadan əldə edilmiş proteinlər vasitəsilə mümkün ola bilər.

İngiltərədəki Müqəddəs Endryu Universitetinin tədqiqatçısı Malte Qaterat bildirib ki, araşdırmalar nəticəsində meduza DNA-sında mövcud hər proteinin silindrik qabığında işıq saçan komponentlərin olması aydınlaşıb. Bu imkandan istifadə edərək tədqiqatçı öz komandası ilə birgə ilk dəfə canlı orqanizmə məxsus protein əsaslı lazer qurğusu hazırlayıb.

M.Qaterat bu tip təhlükəsiz və sərfəli lazer texnologiyasının tətbiqinin gələcəkdə müxtəlif sahələr üçün yararlı ola biləcəyini də deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.