Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədənidən

Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimizi və arzularımızı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizin möhkəm cansağlığı və rifahı, Azərbaycan xalqının inkişafı və çiçəklənməsi üçün Uca Tanrıya dua edirəm.

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan ilə sıx əlaqələrini yüksək qiymətləndirir. Qurumun fəaliyyətinə verdiyi dəstəyi və İslam ölkələrinin əməkdaşlığının birgə təbliği işində Azərbaycanın rolunu xüsusi təqdir edirik. İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.

Zati-alinizin müsəlman ümməti arasında həmrəyliyin möhkəmləndirilməsinə və bu istiqamətdə yeni üfüqlərin açılmasına verdiyi dəstəyi yüksək qiymətləndiririk.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

İyad bin Amin Mədəni

İslam Əməkdaşlıq Təşkilatının baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin