QAN YADDAŞI


İslam Əməkdaşlıq Təşkilatının jurnalı Xocalı soyqırımından yazıb

Ər-Riyad, 11 may, АZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) jurnalının növbəti sayında İƏT-in mənzil-qərargahında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasiminin keçirilməsi barədə məlumat dərc olunub. Yazıda İƏT-in mənzil-qərargahında Xocalı soyqırımının 25-ci ildönümünə dair Azərbaycan səfirliyi tərəfindən mart ayında təşkil edilmiş anım tədbiri haqqında məlumat öz əksini tapıb.

Məlumatda Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri və İƏT yanında daimi nümayəndəsi Rasim Rzayevin Xocalı soyqırımı barədə mərasim iştirakçılarını ətraflı məlumatlandırması, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı birləşmələrinin Xocalını mühasirəyə alaraq, yerli sakinləri yalnız azərbaycanlı olduqları üçün kütləvi qırğına məruz qoyması qeyd olunub. Həmçinin Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc sakinin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 1275 nəfərin əsir götürüldüyü vurğulanıb.

Yazıda, həmçinin İƏT-in baş katibi Yusif Əl-Useymin tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün qəti şəkildə pisləndiyi və onun təmsil etdiyi təşkilatın mövqeyinin dəyişməz olduğunu və hər zaman Azərbaycan xalqının və dövlətinin yanında olduğu qeyd edilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.