SİYASƏT
“İslam Həmrəyliyi İli” Azərbaycan tarixində əlamətdar hadisədir
Berlin, 25 yanvar, AZƏRTAC
Löven Katolik Universitetinin professoru Anriyet Bossi Azərbaycan Prezidenti İlham Əliyevin yenicə qədəm qoymuş 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsini dözümlülük, sülh, tolerantlıq və dünyəviləşmə ideyalarının təbliğində dövlətin rolunu həqiqətən qabardan əlamətdar hadisə adlandırıb.
Professor A.Bossi AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində deyib: “Bu dəyərlər təhsildə və sosial siyasətdə ciddi boşluqların nəticəsi olan ekstremizm, radikalizm, cəhalətpərəstlik kimi mənfi təzahürlərə daban-dabana ziddir. Axı nə üçün bu gün Azərbaycan həm İslam həmrəyliyinin, həm də multikulturalizmin flaqmanıdır? Səbəb hökumətinizin təhsil sahəsinə xüsusi diqqət yetirməsindədir. Mən sizin ölkənizdə müsbət meyilləri müşahidə və qeyd etməyə şadam”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin