ELM VƏ TƏHSİL
“İslam Həmrəyliyi İli” çərçivəsində mühazirələr davam edir
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İslam Həmrəyliyi İli” çərçivəsində mühazirələr davam edir. Növbəti mühazirə Rus İqtisad Məktəbində olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, humanitar fənlər kafedrasının dosenti Günay Piriyeva tələbələrə “İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələrinin birliyinin uğurlu modelidir” mövzusunda mühazirə oxuyub. Bildirilib ki, İslam dini mütərəqqi ümumbəşəri dəyərlər sisteminin, ümumdünya mədəni irsinin və humanizm ideallarının formalaşması və inkişafında mühüm rol oynayır. Çoxəsrlik zəngin ənənələrə malik müsəlman ölkələri bu gün də sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun güclənməsinə, beynəlxalq aləmdə siyasi, iqtisadi və mədəni proseslərin qarşılıqlı əməkdaşlıq şəraitində inkişafına dəyərli töhfələr verir. Mühazirədə İslam Əməkdaşlıq Təşkilatının yaranmasını şərtləndirən amillərdən, məqsəd və vəzifələrdən danışılıb. Həmçinin Azərbaycanın bu təşkilatla uğurlu əməkdaşlığı barədə məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.