İDMAN


İslam Həmrəyliyi Oyunlarında qalib gələn limançılarla görüş keçirilib

Bakı, 1 iyun, Elvin Camalov, AZƏRTAC

İslam Həmrəyliyi Oyunlarında qalib gələn limançılarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 1-də Bakı Limanının baş direktoru Taleh Ziyadov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş və eyni zamanda, liman əməkdaşı olan idmançılarımız və məşqçi ilə görüş keçirib.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan növlər arasında xüsusi yeri olan zorxana yarışlarında çərxi-tiz növündə bürünc medal, çərxi-çəməni və komanda hərəkətləri növündə isə gümüş medal qazanan Orxan Xanlarov, eyni zamanda, Bakı Limanında mühafizəçi olaraq fəaliyyət göstərir.

Görüşdə iştirak edən digər liman əməkdaşı, Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev isə (75 kiloqram) IV İslam Həmrəyliyi Oyunlarında final mərhələsində rəqibinə 1:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Qeyd edək ki, Elvin Mürsəliyevin məşqçisi İlqar Abdulov yunan-Roma güləşi üzrə yığma komandanın böyük məşqçisi və gənclərdən ibarət komandanın baş məşqçisidir. Eyni zamanda, Bakı Limanında baş direktorun müşaviri olaraq fəaliyyət göstərir.

Taleh Ziyadov hər iki idmançını və məşqçini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. Vurğulanıb ki, liman işçilərinin fiziki hazırlığının yüksək saxlanılması daim diqqət mərkəzindədir və bundan sonra da yerli və beynəlxalq yarışlarda işçilərin iştirakı dəstəklənəcək.

Daha sonra Bakı Limanı adından onlara hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.