İQTİSADİYYAT


İslam Oyunlarında paytaxtın ictimai nəqliyyat şəbəkəsinə dair Elektron Məlumat Toplusu hazırlanıb

Bakı, 12 may, Elvin Camalov, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi IV İslam Həmrəyliyi Oyunlarında paytaxtın ictimai nəqliyyat şəbəkəsinə dair Elektron Məlumat Toplusu hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, topluda Oyunların açılış və bağlanış mərasimləri günü biletli tamaşaçıların və Oyunların Əməliyyat Komitəsi tərəfindən akkreditasiyadan keçən şəxslərin daşınması üçün nəzərdə tutulan ekspress xətlərlə bağlı məlumatlar qeyd edilib. Bununla yanaşı Elektron Məlumat Toplusunda açılış və bağlanış mərasimindən sonra ekspress xətt avtobuslarının son məntəqəsindən müxtəlif istiqamətlərə hərəkət edən marşrut xətləri bərədə də informasiya əldə etmək mümkündür.

M.Ağayev qeyd edib ki, topluda IV İslam Həmrəyliyi Oyunları günlərində idman yarışlarının keçiriləcəyi məkanlara gedəcək marşrut xətlərinə dair də məlumatlar yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.