İQTİSADİYYAT


“İslam Səfərli” tankeri əsaslı təmirə dayanıb

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “İslam Səfərli” tankerinin “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirinə başlanılıb. Gəminin baş və köməkçi mühərrikləri, nasosları, elektrik mühərrikləri və digər mexanizmləri əsaslı təmir olunur.

“Azərbaycan Xəzər Dəniz Gəmiçilik” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, gəmidə ümumi təmizləmə, gövdə hissəsində isə defektasiya işləri aparılır. Eyni zamanda, yük anbarlarında və ballast çənlərində qüsur aktlarına əsasən gövdə-qaynaq işləri görülür.

Xatırladaq ki, uzunluğu 125.06, eni 16.63 metr olan tankerin maksimal sürəti 11.3 uzeldir. Gəmiçiliyin nəqliyyat donanmasına məxsus gəmi maye yüklərin daşınmasında istismar edilir.

Məlumat üçün bildirilir ki, gəmiçiliyin Dəniz Nəqliyyatı Donanması müxtəlif təyinatlı yüklərin və sərnişinlərin daşınmasını həyata keçirir, rabitə, radiomərkəz və elektroradionaviqasiya üzrə müxtəlif xidmətlərin göstərilməsini təşkil edir, gəmilərin yüklənib-boşaldılmasını və yedək əməliyyatlarını, dibdərinləşdirmə işlərini aparır, habelə dəniz yolları naviqasiya işarələrinin yerləşdirilməsini və onların saz vəziyyətdə saxlanılmasını təmin edir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür.

Dəniz Nəqliyyatı Donanmasının strukturuna Quru yük liman məntəqəsi, Gəmi təmiri emalatxanası, Gəmi dalğıc və xilasetmə vasitələrinə xidmət üzrə stansiya və nəqliyyat gəmiləri daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.