Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İslam dininin əsl mahiyyəti və dəyərləri gənc nəslə olduğu kimi çatdırılmalıdır

Bakı, 23 noyabr, Günel Məlikova, AZƏRTAC 

Noyabrın 23-də Yasamal Rayon İcra Hakimiyyətində “İslam dini - tolerantlıq və dözümlülük nümunəsi” mövzusunda konfrans keçirilib. Konfrans Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin rəisi İlham Səfərov “Multikulturalizm ili” çərçivəsində idarə tərəfindən görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, idarənin tədbirlər planına müvafiq olaraq, rayon orta ümumtəhsil məktəbləri arasında “Tolerantlığı əks etdirən Azərbaycan memarlıq abidələri” mövzusunda foto, ali və orta ixtisas təhsil müəssisələrinin gəncləri arasında “Multikulturalizm” mövzusunda rəsm müsabiqəsi təşkil olunub. İ.Səfərov bildirib ki, Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına, sivilizasiyalar arasında münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin icrası, forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Dövlət-din münasibətləri” adlı məruzəsində İslam dininin sülh və əmin-amanlıq dini olduğunu deyib. Diqqətə çatdırılıb ki, İslam dininin ortaya qoyduğu ümumi prinsiplər insanları qardaşlığa, birliyə, bərabərliyə səsləyir. Məhz buna görə İslam dininə maarifçilik aspektindən yanaşsaq, müasir dövrümüzdə meydana gələn bir çox problemlərin kökündən həllinin şahidi ola bilərik. İslam dinindən siyasi və iqtisadi maraqlar naminə alət kimi istifadə edilməsi cəhdləri yolverilməzdir.

Komitə sədrinin müavini müəyyən qüvvələrin İslam dünyasının, o cümlədən Azərbaycanın inkişafını həzm edə bilmədiklərini diqqətə çatdırıb. O əlavə edib ki, bu qüvvələr İslam dininin həqiqi prinsiplərinin multikultural dəyərlərin inkişafına, müasir dövrdə müxtəlif xalq və millətlərin, etnik və dini qrupların bir yerdə sülh şəraitində yaşamasına münbit şərait yaratdığını dərk edirlər. S.Heydərov Azərbaycan dövlətinin multikulturalizmi və dini tolerantlığı dövlət siyasətinə çevirməklə bu şəraiti ölkəmizdə nümunəvi şəkildə formalaşdırmağı bacardığını vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullah “İslamda sülh və tolerantlıq” adlı məruzəsində qeyd edib ki, Azərbaycanda çoxsaylı etnosların və müxtəlif dinlərin nümayəndələrinin birlikdə yaşamasına baxmayaraq ölkədə heç vaxt dini qarşıdurma baş verməyib. Dini dözümlülüyü, tolerantlığı daim dəstəkləyən ümummilli lider Heydər Əliyev gənclərimizin bu ruhda tərbiyə olunmasını tövsiyə edib. F.Nurullah İslam dininin əsl mahiyyətini və dəyərlərini gənc nəslə olduğu kimi çatdırmağın önəmini vurğulayıb.

“Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları İslam həmrəyliyinin möhkəmlənməsinin əsası kimi” adlı məruzə ilə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycanın bu gün Olimpiya hərəkatında nümunəvi ölkə olaraq tanındığını bildirib. Qeyd olunub ki, gələn il keçiriləcək İslam Həmrəyliyi Oyunlarında 50-dən çox İslam ölkəsinin nümayəndələri, eyni zamanda, Beynəlxalq və Avropa Olimpiya komitələrinin rəsmiləri Azərbaycana gələcək. Bu Oyunlar idman növlərinin sayına, idmançılar arasında rəqabətə görə yaddaqalan, maraqlı və Azərbaycanın idman ölkəsi olduğunu dünyaya bir daha göstərən mesaj olacaq.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin “Gənclərə tövsiyə” adlı məruzəsində Azərbaycanın indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanındığı qeyd olunub. Bildirilib ki, ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı milli və mədəni dəyərlərin qovuşduğu məkana çevirib. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Azərbaycanda tolerant mühitin hazırkı səviyyəyə çatması Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü uğurlu siyasətin nəticəsidir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş bərabər hüquqlara malikdir. Ölkəmizdə əsrlər boyu mövcud olan multikultural yaşam tərzi və tolerantlıq gələcək nəsillərə çatdırılmalıdır.

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Yasamal Rayon İdarəsinin rəisi İlham Qasımzadənin “Dövlət-din münasibətləri milli təhlükəsizliyin tərkibi kimi”, Yasamal rayon prokuroru Rasim Hacıyevin “Dövlət-din münasibətlərinin tənzimlənməsinə dair qanunvericilik bazasının əsasları”, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi Mirhadi Səmədzadənin “Milli-mənəvi dəyərlərin təbliği və tolerant mühitin formalaşmasında gənclər təşkilatlarının yeri və rolu” adlı məruzələri dinlənilib.

Konfransda rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, idarə, müəssisə və təşkilatlarda çalışan gənclər və qeyri- hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Almaniyada əsgər çatışmır

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü başlayıb YENİLƏNƏCƏK

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir