CƏMİYYƏT


İslam həmrəyliyinin təbliğində dini icmaların üzərinə mühüm vəzifə düşür

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 23-də Daşkəsəndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.

DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tədbirdə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu, bu gün Prezident İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Ölkəmizdə ənənə halını alan tolerantlıq, multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması həm İslam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə verəcək.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında qeyd edib ki, Azərbaycan xalqı son bir əsrdir ateizm və mövhumat arasında ən doğru yolu formalaşdırır. Bu yol dini cəhətdən dünyəvi maarifçiliyə keçidi və bu kontekstdə İslamın cəmiyyət həyatında yalnız müsbət rol oynamasını təşviq edir. Bu proses müstəqillik illərində dövlətin əsas prioritetlərindən birinə çevrilib. Prezident İlham Əliyev beynəlxalq miqyasda qlobal sülhün, əməkdaşlıq hərəkatının əsas öncüllərindəndir və sivilizasiyalar, dinlərarasında faydalı əməkdaşlığın, qarşılıqlı etimadın yaradılması üçün mühüm fəaliyyət göstərir. Bu sahədəki məqsədyönlü, düşünülmüş siyasətin nəticəsidir ki, tolerantlığın Azərbaycan nümunəsi dünyanın qəbul etdiyi və örnək göstərdiyi modelə çevrilib.

Səyyad Salahlı, eyni zamanda, İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə tövsiyələr verib, onları İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.