REGİONLAR


“İslam mədəniyyəti və Naxçıvan” adlı inşa yazı müsabiqəsi yekunlaşıb

Naxçıvan, 12 may, AZƏRTAC

Muxtar respublikanın ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında keçirilən “İslam mədəniyyəti və Naxçıvan” adlı inşa yazı müsabiqənin qalibləri mükafatlandırılıblar.

AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rüstəm Həsənov çıxış edərək, müsabiqənin məqsəd və mahiyyəti barədə danışıblar. Bildirilib ki, müsabiqənin məqsədi tarixən Yaxın və Orta Şərqin gözəl şəhərlərindən biri kimi tanınan, İslam mədəniyyəti nümunələri ilə zəngin olan Naxçıvanı İslam mədəniyyətinin paytaxtı kimi yeniyetmə və gənclərin gözü ilə təqdim etmək, onların bu sahədəki biliyini üzə çıxarmaqdır.

Vurğulanıb ki, muxtar respublikanın İslam mədəniyyətinə, incəsənətinə, mədəniyyət abidələrinə, tarixinə həsr olunmuş inşa yazılar rayon təhsil şöbələri tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olunub və onlardan ən yaxşıları seçilərək mükafata layiq görülüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə 4 nəfər həvəsləndirici, 3 nəfər III, 2 nəfər II, 1 nəfər isə I yerə layiq görülüb. Onlara diplom və müxtəlif hədiyyələr təqdim olunub. Fərqlənən və mükafatçılar sırasına düşə bilməyən 5 iştirakçı isə Gənclər Fondunun və Təhsil Nazirliyinin xüsusi diplomları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.