İQTİSADİYYAT


İslam ölkələri arasında əmtəə mübadiləsinin 25 faizə qədər artması planlaşdırılır

A+ A

Bakı, 26 yanvar, AZƏRTAC 

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 2016-2025-ci illəri əhatə edən yeni onillik inkişaf proqramı çərçivəsində üzv ölkələr arasında əmtəə mübadiləsinin həcmini artırmağı qarşısına məqsəd qoyub.

İƏT-in Ticarətin İnkişafı üzrə İslam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bunu mərkəzin direktoru əl-Həsən Ahzayn İƏT-ə üzv dövlətlərin Mərakeşin paytaxtı Rabatdakı səfirliklərinin iqtisadi müşavirlərinin iştirakı ilə keçirilən görüşdə deyib. Yeni proqrama əsasən, üzv ölkələr arasında əmtəə mübadilələrinin xarici ticarət əməliyyatlarında payı 25 faizə qədər yüksəlməlidir.

Bu hədəfin reallaşması yalnız İslam ölkələri arasında investisiya və ticarət əlaqələrinin inkişafında qarşıya çıxan maneələrin aradan qaldırılması, ticarətlə bağlı xidmətlərin, xüsusilə nəqliyyat və logistika sahələrinin, ticarətin maliyyələşdirilməsi, ixracata zəmanət prosedurlarının təkmilləşdirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi, özəl və dövlət sektorları arasında tərəfdaşlıqların qurulması ilə mümkündür.

Mərkəzin direktoru bildirib ki, Türkiyədə keçirilmiş XIII İslam Əməkdaşlıq Təşkilatının Sammiti əsnasında təsdiq edilmiş bu inkişaf proqramı üzv ölkələr arasında qarşılıqlı ticarət prosedurlarının daha da sadələşdirilməsini də nəzərdə tutur.

Ahzaynın qeyd etdiyinə görə, üzv ölkələr arasında əmtəə mübadiləsi 2015-ci ildə 20,33 faiz təşkil etmişdir ki, bu da 2005-ci ilin dekabrında İƏT-in Məkkə şəhərində keçirilmiş III Fövqəladə Zirvə Görüşündə bu sahə ilə bağlı irəli sürülmüş 20 faizlik hədəfi də keçmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.