MƏDƏNİYYƏT


İslam peyğəmbəri haqqında çəkilən filmin kütləvi nümayişinə başlanılacaq

A+ A

Bakı, 29 iyul, Ceyhun Alışlı, AZƏRTAC

İranlı rejissor və ssenarist Məcid Məcidinin Məhəmməd peyğəmbər haqqında çəkdiyi “Məhəmməd” filminin ekranlarda nümayiş olunacağı vaxt açıqlanıb.

AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla məlumat verir ki, film oktyabrın 28-də ekranlarda nümayiş olunacaq.

Peyğəmbərin uşaqlıq həyatından bəhs edən film iranlı və türk kino mütəxəssisləri tərəfindən ekranlaşdırılıb.

Ümumi büdcəsi 30 milyon dollar olan filmdə İslam peyğəmbərinin üzü göstərilmir. Film “Əbraha ordusu” və “Fil” əhvalatları ilə başlayır.

Qeyd edək ki, İslam peyğəmbəri haqqında indiyə kimi 40-dək film çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.