MƏDƏNİYYƏT


“İslam sivilizasiyası uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 2 iyun, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyin müvafiq əmri ilə təşkil edilmiş “İslam sivilizasiyası uşaqların gözü ilə” mövzusunda rəsm və əl işlərindən ibarət II respublika müsabiqəsi qaliblərinin Muzey Mərkəzində mükafatlandırma mərasimi keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə “İslam Həmrəyliyi İli” və IV İslam Həmrəyliyi Oyunlarına həsr edilib.

Müsabiqəyə respublikanın uşaq incəsənət və rəssamlıq məktəblərindən, uşaq yaradıcılıq mərkəzlərindən, rəsm studiya və dərnəklərindən 350-dən yuxarı rəsm və əl işləri təqdim edilib.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizdə elan edilmiş “İslam Həmrəyliyi İli”nin və Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən, uşaq, yeniyetmə və gənclərə göstərilən dövlət qayğısından danışıb, sərgi iştirakçılarını və qalibləri təbrik edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdəki milli və dini tolerantlığın dövlət səviyyəsində dəstəkləndiyini və yetişməkdə olan gənc nəslin də bu ruhda böyüməsinin vacibliyini vurğulayaraq, yeniyetmə və gənclərə təhsillərində və yaradıcılıqlarında uğurlar arzulayıb.

Sonra Xalq rəssamları Ağəli İbrahimov, Arif Hüseynov, Əməkdar Mədəniyyət İşçisi Dilarə Atakişiyevadan ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilən 2 yaş qrupu üzrə 22 nəfər qalib və fərqlənənlərə müxtəlif dərəcəli diplom, fəxri fərman və pul mükafatı təqdim olunub.

Sonda tədbir iştirakçıları maraqlı rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.