Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

İslamabadda “Qara Yanvar: Şəhidlikdən Azərbaycanın müstəqilliyinə doğru” mövzusunda seminar təşkil olunub

İslamabad, 20 yanvar, АZƏRTAC

İslamabad şəhərindəki Preston Universitetində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Qara Yanvar: Şəhidlikdən Azərbaycanın müstəqilliyinə doğru” mövzusunda seminar keçirilib.

Seminarda tanınmış ictimai-siyasi xadimlər, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, alimlər, mədəniyyət xadimləri, ali məktəblərin rektor və tələbələri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə çıxışında deyib ki, SSRİ rəhbərliyinin ermənipərəst siyasətinə, Dağlıq Qarabağın Ermənistana verilməsi cəhdlərinə və Azərbaycanın nəyin bahasına olursa-olsun SSRİ-nin tərkibində saxlanılmasına etiraz edən Azərbaycan xalqına qarşı sovet qoşunları tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə böyük cinayət törədilib. Bu qanlı cinayət Azərbaycan xalqının əzmini qıra, müstəqilliyə qovuşmasına mane ola bilmədi, xalqımız daha da mətinləşdi, daha da birləşdi, nəhayət, ölkəmiz müstəqilliyini bərpa etdi. Diplomat həmin dövrdə hətta informasiya blokadasında saxlanılan Azərbaycanın haqq səsinin ümummilli lider Heydər Əliyevin etiraz bəyanatları nəticəsində dünya ictimaiyyətinə çatdırıldığını, beynəlxalq ictimaiyyətin diqqətinin bu qətliama cəlb olunduğunu vurğulayıb.

Səfir müstəqilliyini bərpa etdikdən sonra Pakistanın Azərbaycanı ilk tanıyan ölkələrdən biri olduğunu xatırladıb, təcavüzkar Ermənistanı bir dövlət kimi bu günədək tanımadığına görə Pakistan dövlətinə və xalqına təşəkkür edib.

Tanınmış diplomat və siyasi xadim, sabiq xarici işlər naziri Abdul Səttar Azərbaycanın dünyanın qədim mədəniyyətə malik ölkələrindən, eyni zamanda, İslam mədəniyyətinin təmsilçilərindən olduğunu, burada azadlıq ideyalarının həmişə üstün tutulduğunu söyləyib. Bildirib ki, böyük mədəni, elmi və iqtisadi potensiala, müdrik rəhbərlərə malik Azərbaycan xalqı öz azadlığı uğrunda mühüm fədakarlıqlar edib. Natiq 20 Yanvar qırğınının Azərbaycan xalqının azadlıq əzmini qıra bilmədiyini, lakin müstəqilliyini qazanan Azərbaycanın Ermənistanın işğalı ilə üzləşdiyini vurğulayıb. Əlavə edib ki, buna baxmayaraq, uzaqgörən lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan regionun və dünyanın ən sabit inkişaf edən ölkələrindən biri olmağı bacardı, həm qonşularla, həm də Şərq və Qərb ölkələri ilə yaxşı münasibətlər yaratdı.

Preston Universitetinin rektoru Abdul Basit 20 Yanvar faciəsinin Azərbaycan tarixində mühüm rol oynadığını, mədəni və iqtisadi ehtiyatlara sahib olan Azərbaycanın gündən-günə dünyada öz mövqeyini möhkəmləndirdiyini qeyd edib.

İslamabadda fəaliyyət göstərən Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun prezidenti Asif Nur 20 Yanvar faciəsinin Azərbaycan siyasi tarixinin önəmli səhifələrindən biri olduğunu, SSRİ rəhbərliyinin təcavüzkarlıq və qəddarlığının Azərbaycan xalqının azadlıq istəyini daha da gücləndirdiyini qeyd edib.

Mərdan Qadınlar Universitetinin professoru Adnan Sərvər yenidənqurma ideyaları ilə humanist görüntü verən Mixail Qorbaçov hakimiyyətinin Azərbaycan xalqının hüquqlarını qan içində boğmağa çalışmasını imperiya siyasətinin bariz təzahürü kimi qiymətləndirib, 150 il ərzində çar Rusiyası və SSRİ-nin tabeliyində yaşamağa məcbur olan Azərbaycan xalqının əsarətlə barışmadığını, sonda azadlığına qovuşduğunu diqqətə çatdırıb.

Mərkəzi Asiya və Qafqaz üzrə ekspert Mahmud-ul-Həsən Xan sabiq SSRİ-nin müstəqillik tələb edən Azərbaycan xalqına qarşı təcavüzündən danışıb, qadınlara, uşaqlara, qocalara aman verilmədiyini diqqətə çatdırıb. O, 20 Yanvar faciəsinin əslində dünya coğrafiyası və tarixinin dəyişməsinə səbəb olduğunu, SSRİ-nin dağılmasını və Azərbaycanın müstəqillik qazanmasını şərtləndirdiyini ifadə edib.

Milli Müdafiə Universitetinin beynəlxalq əlaqələr idarəsinin sabiq müdiri, professor Məhəmməd Xan Azərbaycan xalqının heç zaman əsarəti, yadların siyasi və mədəni hökmranlığını qəbul etmədiyini, özünün mədəniyyətini, dilini və milli mənliyini qoruduğunu, 1918-ci ildə qazandığı müstəqilliyini yenidən əldə etmək üçün mübarizəsini davam etdirdiyini, Sovet İmperiyasının məhz bu azadlıq duyğularını boğmaq üçün 20 Yanvar qırğınını törətdiyini, lakin cəsur Azərbaycan xalqının 1991-ci ildə yenidən müstəqilliyinə qovuşduğunu diqqətə çatdırıb. O, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu, həmin tarixdən iki xalq və dövlət arasında qarşılıqlı dostluq və mehribanlığın bərqərar edildiyini vurğulayıb.

Seminarda Azərbaycanla və 20 Yanvar faciəsi ilə bağlı suallar cavablandırılıb, Qanlı Yanvar hadisələrinə dair sənədli film nümayiş etdirilib.

Tədbirin keçirildiyi salonun foyesində 20 Yanvar hadisələrinə dair fotostendlər quraşdırılıb, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətləri ilə bağlı müxtəlif məzmunlu kitablar, bukletlər və digər əyani materiallardan ibarət sərgi keçirilib, faciə ilə bağlı materiallar iştirakçılara paylanılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO