Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İslamabadda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan konfrans keçirilib

İslamabad, 14 dekabr, АZƏRTAC

Pakistan Prezidenti Məmnun Hüseynin rektoru olduğu Quaid-i-Azam Universitetinin və Azərbaycanın Pakistandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərində rolu” mövzusunda konfrans keçirilib.

Konfransın açılışında ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhuna “Qurani-Kərim”dən ayələr oxunub.

Universitetin siyasət və beynəlxalq münasibətlər bölməsinin direktoru, beynəlxalq münasibətlər üzrə mütəxəssis, doktor Zəfər Nəvaz Caspal 1990-cı ildən bəri Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq münasibətlərinin qurulduğunu qeyd edib. O, bölmənin bütün ölkə miqyasında ən qabaqcıl strukturlardan olduğunu, konfransın bu universitetdə keçirilməsini Azərbaycan-Pakistan dostluğunun göstəricisi kimi qiymətləndirib.

Sülh və Diplomatik Araşdırmalar İnstitutunun prezidenti, “Diplomatic İnsight” jurnalının redaktoru xanım Fərhad Asif ulu öndər Heydər Əliyevin M.K.Atatürk, M.Ə.Cinnah kimi dahi şəxsiyyətlər sırasında durduğunu, Heydər Əliyevin uzaqgörən siyasətçi, müasir Azərbaycanın qurucusu olduğunu qeyd edib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqil Azərbaycanın iqtisadi inkişafından söz açan xanım Asif aparılan uğurlu xarici siyasət nəticəsində ölkənin 2012-2013-cü illər ərzində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini də vurğulayıb. F.Asif rəhbərlik etdiyi institutun kitabxanasında Nizami Gəncəviyə və Heydər Əliyevə aid guşələrin olduğunu bildirib.

Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə mütəxəssis Mehmud ul-Həsən Xan Azərbaycanın sosial-iqtisadi nailiyyətlərindən və ölkələrimiz arasındakı münasibətlərin inkişafından danışıb. Ulu öndər Heydər Əliyevin siyasi fəlsəfəsinin üç təməl prinsipinə - iqtisadi inkişaf, müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyin bərpasına əsaslandığını bildirən M.H.Xan Ümummilli Liderin hakimiyyəti dövründə ölkəmizdə həyata keçirilən demokratik islahatlardan, Konstitusiyanın qəbulundan, “Əsrin müqaviləsi”nin imzalanmasından, dinamik iqtisadi inkişafdan, həmçinin sosial infrastrukturun gücləndirilməsindən danışıb. Natiq 1993-cü ildən sonra Azərbaycanın xarici siyasətində baş vermiş radikal dəyişikliklər və dünya ölkələri ilə normal münasibətlərin qurulmasında, eyni zamanda, Pakistanla müxtəlif sahələrdə qardaşlıq əlaqələrinin yaranmasında Heydər Əliyevin müstəsna rolunu xüsusi vurğulayıb.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ölkəmizin tarixinin 35 illik dövrünün Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Diplomat Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsində, ölkəmizin dinamik inkişaf yolu ilə inamla irəliləməsində, dövlətimizin beynəlxalq nüfuzunun artmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini xatırladıb, Ümummilli Liderin öz ömrünü Azərbaycan xalqına həsr etdiyini vurğulayıb. Azərbaycan-Pakistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasında Ulu Öndərin rolunu xüsusi qeyd edən səfir iki ölkənin bütün məsələlərdə bir-birinə həmrəylik göstərdiyini diqqətə çatdırıb.

Ə.Əlizadə Azərbaycanın və Pakistanın Dağlıq Qarabağ və Cəmmu Kəşmir münaqişələrinin həlli məsələsində bir-birini dəstəkləməsi, 2005-ci ildə Pakistanda baş vermiş Kəşmir və Balakot zəlzələsi, daha sonra Sind əyalətindəki daşqın zamanı Azərbaycan tərəfindən göstərilən yardımların, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Müzəffərabad şəhərində qızlar üçün məktəbin tikilməsinin və həyata keçirilmiş digər humanitar-sosialyönümlü layihələrin həmrəyliyin bariz nümunəsi olduğunu bildirib.

Səfir konfransın keçirilməsinə yaradılan şəraitə görə Pakistan Hökumətinə, universitet rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.

Konfrans çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər və digər əyani materiallardan ibarət sərgiyə baxış olub.

Həmin nəşrlər tələbələr arasında paylanılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib VİDEO

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb