MƏDƏNİYYƏT


İslami dəyərlərin müasir dövrə uyğunlaşması “1001 gecə”də sərgilənəcək

Bakı,26 aprel, AZƏRTAC

Aprelin 27-də YAY Qalereyasında altı gənc rəssamın “1001 gecə” adlı qrup sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi müasir incəsənət sahəsində çalışan görkəmli Azərbaycan rəssamlarının rəngkarlıq, heykəltəraşlıq və instalyasiya nümunələrini özündə birləşdirir.

Rəssamlar Orxan Hüseynov, Faiq Əhməd, Fərid Rəsulov, Rəşad Ələkbərov, Hüseyn Haqverdi və Reza Hazarenın sənət silsiləsinin yer alacağı sərginin ideyası İslam mədəniyyəti dəyərlərindən, onların müasir dövrə necə uyğunlaşmasından, habelə hansı transformasiyalara uğramasından bəhs edir.

İyunun 11-dək davam edəcək sərginin kuratoru Fərəh Ələkbərlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.