İDMAN


İslamiada: Ağır atletika yarışının sonuncu günündə Misirin qadın idmançılarının ikinci qızıl medalı

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də IV İslam Həmrəyliyi Oyunlarının sonuncu günündə qadınların yarışında Misir idmançıları ikinci qızıl medalı aktivlərinə yazdırıblar.

AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində olduğu kimi, 90 kiloqramdan yuxarı çəki dərəcəsində də Misirli qadın atlet çempion adına layiq görülüb. Bu ölkənin təmsilçisi Şaima Haridi 275 kiloqramı (120+155) ram edərək yarışın birincisi olub.

İndoneziyalı Nurul Akmal 230 kiloqram (99+131) nəticə ilə ikinci pillədə qərarlaşıb. İlk üçlüyü isə 221 kiloqram (95+126) nəticə ilə tunisli Marva Jelassi tamamlayıb.

Azərbaycan bu çəki dərəcəsində yarışda təmsil olunmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.