İDMAN


İslamiada: Ağır atletika yarışlarının sonuncu qızıl medalına özbəkistanlı atlet sahib olub

Bakı, 17 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarının sonuncu qızıl medalına özbəkistanlı atlet sahib olub.

AZƏRTAC xəbər verir ki, kişilər arasında 105 kiloqramdan yuxarı çəki dərəcəsində yarışda Özbəkistan təmsilçisi Rustam Canqabayev toplam 431 kiloqram (193+238) nəticə ilə qızıl medal qazanıb. O, bu göstərici ilə İslam Həmrəyliyi Oyunlarının yeni rekordunu müəyyən edib.

Fəxri kürsüdə ikinci və üçüncü yerləri İran təmsilçiləri tutublar. Gümüş medala 414 kiloqram (188+226) nəticə ilə Homayaun Teymuri, bürünc mükafata isə 399 kiloqramı (181+218) ram edən Ramin Rabiebifaradanbeh layiq görülüblər.

Azərbaycan idmançısı Azər Məmmədli toplam 379 kiloqramlıq (168+211) nəticə ilə yarışı beşinci sırada başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.