İDMAN


İslamiada: Atletlərimiz cüdo yarışlarının ikinci gününə qələbə ilə başlayıblar

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan cüdoçuları "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının ikinci gününə uğurla start veriblər.

AZƏRTAC xəbər verir ki, mübarizəyə yarımfinal mərhələsindən qoşulan qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) Toqo idmançısı Noeline Essohanam Koronu ipponla məğlub edib.

Sonuncu Avropa çempionu Elxan Məmmədovun (100 kq) rəqibi, Səudiyyə Ərəbistanı təmsilçisi Sultan Mania tatamiyə çıxmadığı üçün cüdoçumuza texniki qələbə verilib. Beləliklə, Elxan Məmmədov yarımfinala vəsiqə qazanıb.

Digər cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) də Oyunlara qələbə ilə başlayıb. Onun rəqibi Mihail Marçitan (Birləşmiş Ərəb Əmirlikləri) olub. Rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradan atletimiz yarımfinala yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.