İDMAN


İslamiada: Azərbaycan atletləri üzgüçülük yarışlarında yarımfinala yüksəliblər

Bakı, 16 may, G.Mahmudlu, AZƏRTAC

Mayın 16-də Bakı Su İdman Sarayında üzgüçülük yarışlarının dördüncü gününə kişilər arasında 50 metr məsafəyə arxası üstə üzmə üzrə təsnifat mərhələsi ilə start verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Boris Kirillov 17 atlet arasında altıncı nəticə göstərərək yarımfinala yüksəlib. B.Kirillov müəyyən edilmiş məsafəni 27.31 saniyəyə qət edib. Ən yaxşı nəticəni isə 26.45 saniyə ilə Türkiyə təmsilçisi İskəndər Baslakov göstərib.

Qadınlar arasında 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışında azərbaycanlı atlet Fatimə Alkaramova 2:09.40 saniyə ilə beşinci nəticə göstərərək növbəti mərhələyə vəsiqə qazanıb. Türkiyəli üzgüçü Selen Özbilən isə hər kəsi qabaqlayıb - 2:03.00 saniyə.

Kişilər arasında 100 metr məsafəyə sərbəst üsulla üzmənin təsnifat mərhələsində isə ölkəmizi iki atlet təmsil edib. Dorian Fazekas 53.89 saniyə nəticə ilə 12-ci, Nikolay Trarov isə 55.45 saniyə nəticə ilə 16-cı olub. Hər iki üzgüçümüz yarımfinal mərhələsində yarışmaq hüququ əldə ediblər. İyirmi dörd üzgüçünün yarışında İran təmsilçisi Sina Qolampour birinci nəticə göstərib - 51.93 saniyə.

Sonuncu təsnifat yarışı isə kişilər arasında 200 metr məsafəyə batterflay üsulu ilə üzmə üzrə keçirilib. Azərbaycan atleti Maksim Şemberev finişə birinci çatıb - 2:00.58 saniyə.

Üzgüçülük üzrə yarımfinal və final yarışları saat 17:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.