İDMAN


İslamiada: Azərbaycan taekvandoçuları yarımfinalda Türkiyə və Qazaxıstan idmançıları ilə qarşılaşacaqlar

Bakı, 18 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarının yarımfinalına adlayan Azərbaycanın iki idmançısının bu mərhələdəki rəqibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, kişi taekvandoçuların yarışında Məhəmməd Məmmədov (63 kq) İslamiadanın finalına yüksəlmək üçün yarımfinalda Qazaxıstan idmançısı Alimjan Serikbayevlə mübarizə aparacaq.

Digər idmançımız Ramin Əzizov (87 kq) isə Türkiyə idmançısı Sərdar Yüksəl ilə "Bakı-2017"nin həlledici mərhələsinə vəsiqə qazanmaq uğrunda döyüşəcək.

Azərbaycan təmsilçilərinin yer almadığı qadınlar arasında 73 kiloqram çəki dərəcəsində türkiyəli Sude Bulut yarımfinalda Vaad Tarman (İordaniya) - Nacia Rasul (Pakistan) cütünün qalibi ilə gücünü sınayacaq. Həmin çəki dərəcəsində digər yarımfinal görüşündə Cansel Deniz (Qazaxıstan) iranlı Melika Vakili Mirhoseyni - mərakeşli Çaimae Krim duelinin qalibi ilə növbəti mərhələyə vəsiqə uğrunda yarışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.