İDMAN


İslamiada: Azərbaycanın kişi həndbolçuları Səudiyyə Ərəbistanı ilə görüşdə uğur qazana bilməyiblər

Bakı, 10 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC

Mayın 10-da IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışının ikinci gününün sonuncu qarşılaşmasında Azərbaycanın və Səudiyyə Ərəbistanının kişi həndbolçuları üz-üzə gəliblər.

AZƏRTAC xəbər verir ki, maraqlı idman mübarizəsi şəraitində keçən oyunun birinci hissəsində qonaqlar 19:14 hesabı ilə qalib gəliblər. Səudiyyə Ərəbistan yığması ikinci hissəni də öz xeyrinə başa vurub – 19:17. Ümumi hesabda 38:31 hesabı ilə qalib gələn Səudiyyə Ərəbistanı yığması “Bakı-2017”də ikinci qələbəsini qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.